Naxçıvanda vergi ödəyicilərinin sayında və vergi daxilolmalarında artım var
Naxçıvan iqtisadiyyatının inkişafı, özəl sektorda müşahidə olunan müsbət dinamika, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, Xidmət tərəfindən vergi inzibatçılığında informasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsi, həyata keçirilən vergi siyasətinin hədəflərindəndir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu məqsədlə Naxçıvanda Dövlət Vergi Xidmətinin mərkəzi aparatında İqtisadi təhlil, bəyannamələrə və büdcə proqrozunun icrasına nəzarət idarəsi yaradılmışdır. 2023-cü ildə kameral hesablama aparılmış vergi ödəyicilərinin sayı 846 olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 21,6 dəfə çoxdur. 2023-cü ildə hesablanmış kameral məbləği 7544,4 min manata bərabər olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 87,1 dəfə çoxdur. Həmçinin 2024-cü ilin 6 ayında kameral hesablama aparılmış vergi ödəyicilərinin sayı 1024 olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur. Eyni dövrdə hesablanmış kameral məbləği 3621 min manata bərabər olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.