Naxçıvanda “Uşaq müdafiəsi və təhlükəsizliyi” mexanizminin tətbiqi layihəsinə start verilib - FOTO
UNICEF-in təşkilatçılığı ilə Naxçıvanda “Uşaq müdafiəsi və təhlükəsizliyi” mexanizminin tətbiqi layihəsinə start verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sentyabrın 30-dan UNICEF-in təşkilatçılığı ilə Naxçıvanda “Uşaq müdafiəsi və təhlükəsizliyi” mexanizminin tətbiqi layihəsinə start verilib.
Layihənin tətbiqində məqsəd Ölkə başçısının 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrasının təmin olunmasıdır. Layihənin məqsədi uşaqların zorakılıqdan müdafiəsi və çətin həyat şəraitində olan uşaqların erkən aşkar edilməsi və müvafiq psixo-sosial dəstəyin təmin edilməsidir.
Bu məqsədlə ilk mərhələdə məktəblərin pedaqoji heyətinin, sinif rəhbərlərinin, uşaqların və valideynlərin müvafiq olaraq təlimləndirilməsi və məlumatlandırılması nəzərdə tutulur. Bu gün ilk olaraq layihə çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin pedaqoji heyəti üçün təlimlər keçirilib.