Naxçıvanda uşaq hüquqlarının müdafiəsi gücləndirilir -

Naxçıvanda uşaq hüquqlarının müdafiəsi gücləndirilir - MÜSAHİBƏ

13 Mart 2024

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyi ilə birgə təlimlərə başlayıb. Demək olar ki, 5 günlük təlimin 3 günü geridə qoymuşuq. Keçirilən təlimdə dövlət qurumlarının uşaq müdafiəsində  sistemində işləyən əməkdaşlarla növbəli şəkildə təlimlərdə iştirak edirlər. Müşahidə zamanı təlim iştirakçılarının daha aktiv iştirak edib təlimçilərə öz sahələri üzrə maraqlı suallar ünvanlayıb və qarşı tərəfdən qane edici cavablar əldə etdiklərini gördük. Bizi maraqlandıran sualların cavabını məhz təlimçilərimizə ünvanladıq. İlk mühasibimiz: Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin təlimçi-psixoloqu Gülşən Axundova oldu. 

Ünvanladığımız ilk sual: Naxçıvanda uşaq hüquqlarının müdafiəsi səhəsində bir çox işlər görülür və siz bu işləri necə dəyərləndirirsiniz?

Nəhayət bizədə qismət oldu ki, Naxçıvanda da yerli qurumlarda fəaliyyət göstərən uşaq müdafiə sisteminin əsas hissəsi olan şəxslərlə birgə görüşmək və bu görüşlərdə mənədə bir psixoloq kimi yer verildi. Burda əsas məqsəd ondan ibarətdir ki, uşaqyönümlü yanaşmanı inkişaf etdirərkən hansı psixoloji bilik-bacarıqlara malik olmalıyıq ki, məhz onlardan çıxış edərək uşaqlara və onların ailələrinə yanaşa bilək. Təbii ki, psixologiya da Azərbaycanda baxmayaraq ki, çox səslənir amma çox yeni olan və hələ də inkişaf etməkdə olan dövrlərdə biridir və ona görədə bizim hər birimizin cəmiyyət olaraq psixoloji biliklərimiz bir az qulağdan dolma informasiyalarla gəlir, daha çox yalnışları özündə əks etdirir və çalışırıq ki, komanda olaraq həmin yanlışların aradan qalıdırılması məhz uşaq yaşlarından uşaqların istər tərbiyyə üsullarında, istər onlara yanaşma üsullarında müəyyən dəyişikliklər edək, elə buna görə də bizim üzərimizə düşən öhdəliklərin əksəriyyətində məhz uşaqla həssas yanaşmağa əsaslana ünsiyyət, uşaq zorakılığı mərhələsinin müəyyənləşdirilməsi, əgər uşaq olduğu mühitə bu məktəb olsun, bağça olsun və istənilən qurum olsun zorakılığa məruz qalırsa bunla bağlı tədbirləri görərkən uşağa hansı yanaşma tətbiq etməliyik ki, növbəti də travma almasın və onun ailəsinə hansı müdaxilə mexanizimləri müəyyənləşdirməliyik ki, daha sonradan biz həmin uşaqları cəmiyyətə qazandırma bilək və onlarla birgə daha sağlam işlər görə bilək. Təbii ki, sevindirici haldır ki, burda olduğumuz vaxtda öyrəndik ki, Naxçıvanda uşaq cinayətləri demək olar ki, yox vəziyyətindədir. Bu bizim üçün çox sevindirici haldır amma paralel olaraq təəssüf ki, elə bir zamanda yaşıyırıq ki, hər birimiz kütləvi informasiya vasitələrinin davamlı təsirinə məruz qalırıq və bunun nəticəsində artıq, bu gün bu yoxdursa sevindirici haldır amma sabah bu olmayacaq demək deyil. Ona görə bizdə öz öhədimizə düşən  tədbirləri görürük.

Təlimdə tez-tez səsləndirdiyiniz Yuvenal Ədliyyə sistemi dedikdə nə başa düşürük?

Bildiyiniz kimi, Yuvenal Ədliyyə sahəsi ümumiyyətlə Azərbaycanda çox yeni bir sahədir. Yuvenal Ədliyyə dedikdə təbii ki, söhbət uşaq ədliyyə sistemindən, uşaq mühakimə sistemindən söhbət gedir. Bu Azərbaycanda kifayət qədər yeni bir sahədir və biz artıq bir neçə ildir ki, Bakı şəhəri və ətraf regionlarda, istər polislərin, hüquqşünasların, yetkinlik yaşına çatmayan və onların komissiyasının və bütün uşaq müdafiə sistemində fəaliyyət göstərən şəxslərlə birgə bu təlimlərə başlamışıq.

Sonda onu demək istərdim ki, mən kollektivdən çox razı qaldım, bu baxımdan ki, çox istəklidirlər Naxçıvan Muxtar Respublikasında məhz uşaq müdafiəsində işləyən əməkdaşlar həqiqətən informasiyaların bölüşülməsində çox maraqlıdırlar. Düşünürəm ki, uğurlu təlim alınır və inanıram ki, sonra bu tədbirlər tək muxtar respublikada yox rayonlar üzrədə keçiriləcək.

Müsahibə üçün çox sağ olun.

Mənsurə Hümbətova