Naxçıvanda təsil müəssisələrində dezinfeksiya tədbirlərinə başlanılıb - FOTO
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dezinfeksiya tədbirlərinin aparılmasında məqsəd infeksion və mövsümü xəstəliklərə, viruslara qarşı yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktiki tədbirlərin effektivliyinin yüksəldilməsidir.
Dezinfeksiya işləri Təhsil Nazirliyi ilə bağlanmış müqavilə əsasında "Dezon" şirkəti tərəfindən aparılır.
Qeyd edək ki, dezinfeksiya işlərində istifadə olunan maddələrin insan sağlamlığına heç bir zərəri yoxdur.