Naxçıvanda sahibkarlara  88 lisenziya verilib

Naxçıvanda sahibkarlara 88 lisenziya verilib

06 Dekabr 2024

"ASAN xidmət" vasitəsilə sahibkarlara 88 lisenziya verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Naxçıvanda “Dövlət-Biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 4758 icazə reyestrdə qeydiyyata alınıb və 143,6 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə icazələr 14,3 dəfə, verilmiş icazələrdən daxilolmalar isə 2,3 dəfə artıb.