Naxçıvanda rüşvət alan vəkilin cinayət işi məhkəməyə göndərilib

Naxçıvanda rüşvət alan vəkilin cinayət işi məhkəməyə göndərilib

29 Noyabr 2024

Bakı şəhərində fəaliyyət göstərən “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun üzvü, vəkil Rzayev Babək Vahid oğlunun qanunsuz əməlləri ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda aparılan istintaq tamamlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, Babək Rzayev, 2024-cü ilin iyun ayında muxtar respublikada məhkəmənin icraatında olan cinayət işi üzrə öz təsir imkanlarından istifadə edərək vətəndaşlardan müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaiti tələb edib alıb.

Toplanmış sübutlar əsasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülüb və cinayət işi Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.