Naxçıvanda qarölçmə işlərinə başlanılıb - FOTO
Yüksək dağlıq ərazilərində qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 06 dekabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin mütəxəssisləri tərəfindən Ordubad və Şahbuz rayonlarınınyüksək dağlıq ərazilərində qarölçmə işləri aparılıb, qarın hündürlüyü, kütləsi ölçülərək sululuğu və sıxlığı təyin edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aparılan ölçmələrin ilkin nəticələrinə görə qarın hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazisisayılan Parağaçay istiqamətində 3000 m yüksəklikdə 11 sm, 2300 m yüksəklikdə 7 sm, Şahbuz rayonunun yüksək dağlıq əraziləri sayılan Batabat istiqamətində 15, Biçənək istiqamətində 8, Kükü istiqamətində isə 5 sm qeydə alınıb.
Mütəxəssisələr tərəfindən digər marşrutlar üzrə də qarölçmə işləri davam etdirilir.