Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
Hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dumanlı havada 67-BL-794 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1961-ci İsmayılov Abbas Novruz oğlunu vurub. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.