Naxçıvanda özəl sektorda əmək müqavilələri 2 dəfə artıb
Bu il dekabrın 1-nə Naxçıvan Muxtar Respublikasının qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı ilin əvvəli ilə müqayisədə 1,8 dəfə artaraq 11 363-ə çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
Onun sözlərinə görə, ötən ilin əvvəlinə nisbətən isə artım 3,7 dəfə olub.
"Naxçıvanda əmək münasibətlərinin şəffaflaşdırılması və əməkhaqqının ağardılması istiqamətində əməli tədbirlər davam etdirilib, əməkhaqqının nağdsız qaydada ödənilməsi genişləndirilib", - deyə nazir əvəzi qeyd edib.