Naxçıvanda oktyabrın 9-na olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında oktyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən buludlu olacağı, muxtar respublikanın dağlıq ərazilərində qəsamüddətli yağış yağacağı gözlənilir. Saniyədə 5-11 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 22-27° isti olacağı ehtimal olunur.