
Naxçıvanda növbəti auksion təşkil edilib - FOTO
Naxçıvan Muxtar Respublikasında yerin təki sahəsinin istifadəyə verilməsi üzrə 20 iyun 2024-cü il tarixdə növbəti auksion təşkil edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə auksion keçirilib.
Naxçıvan şəhəri və Babək rayonu ərazisində yerləşən “Naxçıvançay-1” qum-çınqıl yatağından ayrılmış 5 hektar sahə hərraca çıxarılmışdır.
Başlanğıc qiyməti 25 min manat olan auksion 152 min manatla yekunlaşdırılmışdır.
Auksionun qalibi "APF Beton Məmulatları Kompleksi " MMC şirkəti olmuşdur.