Naxçıvanda nağdsız əməliyyatlar üzrə dövriyyə 66 faiz artaraq 1 milyard manatı ötüb

Naxçıvanda nağdsız əməliyyatlar üzrə dövriyyə 66 faiz artaraq 1 milyard manatı ötüb

17 Yanvar 2025

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verdiyi məlumata əsasən, 2024-cü ildə nağdsız əməliyyatlar üzrə dövriyyə 2023-cü illə müqayisədə 408,7 milyon manat və ya 66,2 faiz artaraq 1 milyard manatdan çox olub. Qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə isə 38,8 faiz artaraq 112 milyon manat təşkil edib.

2024-cü ildə qeydiyyatdan keçmiş POS-terminalların sayı 2023-cü illə müqayisədə 76 faiz artıb.