
Naxçıvanda iyunun 23-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında iyunun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə Naxçıvan şəhəri, Ordubad, Şərur, Sədərək, Kəngərli və Babək rayonlarında havanın əsasən yağmursuz, muxtar respublikanın Culfa, Şahbuz rayonlarının bəzi dağlıq ərazilərində havanın yağıntılı olacağı ehtimal olunur. Saniyədə 7-12 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-34° olacaq.