
Naxçıvanda iyunun 20-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında iyunun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 32-37° isti olacaq.