Naxçıvanda iyunun 14-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında iyunun 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 31-36° isti olacaq.