Naxçıvanda iyunun 13-nə olan hava proqnozu

Naxçıvanda iyunun 13-nə olan hava proqnozu

13 İyun 2024

Naxçıvan Muxtar Respublikasında iyunun 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Naxçıvan şəhərində, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 29-34° isti olacağı ehtimal edilir.