Naxçıvanda iyulun son gününə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında iyulun 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən,Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Saniyədə 8-13 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° olacağı ehtimal olunur.