
Naxçıvanda iyulun 18-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında iyulun 18-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında hava şəraitinnin əsasən yağmursuz keçəcəyi, bəzi dağlıq ərazilərə qısamüddətli yağıntı düşəcəyi ehtimal olunur. Saniyədə 7-12 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° olacağı gözlənilir.