Naxçıvanda iyulun 17-nə olan hava proqnozu

Naxçıvanda iyulun 17-nə olan hava proqnozu

17 İyul 2024

Naxçıvan Muxtar Respublikasında iyulun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Saniyədə 10-15 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° olacağı gözlənilir.