
Naxçıvanda iyulun 14-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında iyulun 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz, Culfa rayonunun dağlıq ərazilərində qısa müddətli yağış yağacağı ehtimal olunur. Saniyədə 9-14 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° olacağı gözlənilir.