Naxçıvanda indiyədək 3.780 ədəd yeni nəsil NKA quraşdırılıb

Naxçıvanda indiyədək 3.780 ədəd yeni nəsil NKA quraşdırılıb

12 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2024-cü il sentyabrın 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3.780 ədəd olub. Yanvar-avqust ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 261,6 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 136,2 milyon manat və ya 2,1 dəfə çoxdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, indiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,8 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-avqust aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 914,6 min manat olub.