Naxçıvanda ilk dəfə "tullantıları ekoçantaya dəyiş" aksiyası keçiriləcək
Aksiya Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “NM” marketinin dəstəyi ilə “Tullantını dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında 21 sentyabr tarixində Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən NM marketdə təşkil olunacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tullantıların düzgün idarə olunmasına yönəlmiş belə aksiyalarda hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
“NM” market - Naxçıvan şəhəri,
Heydər Əliyev prospekti
Saat: 11:00
Tarix: 21 sentyabr 2024-cü il