
Naxçıvanda “Heydər Əliyev və milli dövlətçilik məsələləri” respublika elmi konfransı öz işinə başlayıb - FOTO, YENİLƏNƏCƏK
Bu məqsədlə “ADA” Universitetinin rektoru professor Hafiz Paşayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov, Mingəçevir Dövlət Universitetinin rektoru dosent Şahin Bayramov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Naxçıvanda səfərdədir.
Qeyd edək ki, konfrans “Naxçıvan" Universitetində keçirilib.
Konfransdan sonra tədbir Naxçıvan Dövlət Milli Dram Teatrında bədii hissə ilə davam edir.
"Naxçıvan" Universiteti və "ADA" Universitetinin birgə təşkilatçılığı ilə baş tutan konfrans sabah öz işini bölmə iclasları ilə davam etdirəcək