
Naxçıvanda güclü külək ağacı kökündən qoparıb
Bu gün Naxçıvan şəhərində güclü külək nəticəsində Mirzə Ələkbər Sabir küçəsində ağac kökündən qopub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə yerinə dərhal Naxçıvan Yaşıllaşdırma Xidmətinin əməkdaşları cəlb olunub və təhlükə operativ şəkildə aradan qaldırılıb.
Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.