Naxçıvanda fevralın 13-nə olan hava proqnozu

Naxçıvanda fevralın 13-nə olan hava proqnozu

13 Fevral 2025

Naxçıvan Muxtar Respublikasında fevralın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi və bəzi yerlərdə duman olacağı gözlənilir. Qərq küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı ehtimal olunur. Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz isə 4+9° isti olacağı proqnozlaşdırılır.