Naxçıvanda epizootoloji monitorinq keçirilib -

Naxçıvanda epizootoloji monitorinq keçirilib - FOTO

03 Sentyabr 2024

“Naxçıvan Muxtar Respublikasının 2024-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planı”na uyğun olaraq, 26-31 avqust tarixlərində muxtar respublika ərazisində epizootoloji monitorinqlər keçirilib. Monitorinq zamanı peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi ilə bağlı iri və xırdabuynuzlu heyvanlardan dioqnastik nümunələr götürülüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, muxtar respublika ərazisi üzrə Naxçıvan şəhəri və 7 rayon olmaqla təsadüfi seçmə üsulu ilə müəyyənləşdirilmiş ümumilikdə 41 müxtəlif yaşayış məntəqəsindən (kənd, qəsəbə) 194 ailə və ya fərdi təsərrüfatlarda saxlanılan iri və xırdabuynuzlu heyvanlardan xüsusi təhlükəli xəstəliklərə qarşı laborator müayinələrin aparılması üçün 534 iribuynuzlu və 529 xırdabuynuzlu heyvandan qan nümunələri götürülüb, habelə təsərrüfatlar üzrə ümumi baxış keçirilmiş, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri aparılıb.

Monitorinqlər çərçivəsində epizootoloji məlumatlar və götürülüb nümunələr barədə məlumatlar respublika üzrə ümumi “Epicollect 5” proqramına daxil ediləcəkdir.

Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin və Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinin mütəxəssisləri iştirak edib.

Götürülmüş qan nümunələri müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib.