Naxçıvanda əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən istifadə sayı artıb

Naxçıvanda əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən istifadə sayı artıb

12 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fəaliyyət sahələrinə uyğun olaraq göstərilən xidmətlərin rəqəmsallaşmasına üstünlük verir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 2024-cü ilin yanvar-avqust ayları ərzində 4185 elektron xidmət göstərilib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə elektron xidmətlərdən istifadə sayı 3307 və ya 4,8 dəfə çox olub.