Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb

Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb

10 İyul 2024

Daxil olan şikayət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Əfqan Məmmədov saxlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, araşdırmalarla onun özünü hüquqşunas kimi təqdim edərək, cəzaçəkmə müəssisəsində olan bir nəfərin cəzasını azaltmaq adlı ilə yaxınlarından dələduzluq yolu ilə pul aldığı məlum olub.

Ə.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.