Naxçıvanda dekabrın ilk gününün hava proqnozu

Naxçıvanda dekabrın ilk gününün hava proqnozu

01 Dekabr 2024

Naxçıvan Muxtar Respublikasında dekabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, muxtar respublika ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə  1-6° (bəzi yerlərdə 3°-dək şaxta), gündüz 7-12° isti olacağı gözlənilir.