Naxçıvanda dekabrın ilk gününün hava proqnozu

Naxçıvanda dekabrın ilk gününün hava proqnozu

01 Dekabr 2023

Naxçıvan Muxtar Respublikasında dekabrın 1-nə  gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,  Naxçıvan şəhərində, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 17-22° isti olacaq.