Naxçıvanda dekabrın 9-na olan hava proqnozu

Naxçıvanda dekabrın 9-na olan hava proqnozu

09 Dekabr 2024

Naxçıvan Muxtar Respublikasında dekabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində havanın əsasən yağmursuz keçəcəyi və bəzi yerlərdə duman olacağı ehtimal olunur. Muxtar respublikanın Culfa, Ordubad və Şahbuz rayonlarının bəzi ərazilərində qar yağacağı gözlənilir. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 4-19° isti olacaq.