Naxçıvanda daşınmaz əmlakın qeydiyyatında aktivlik artıb

Naxçıvanda daşınmaz əmlakın qeydiyyatında aktivlik artıb

13 Oktyabr 2024

2024-cü ilin 9 ayında Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 3538 torpaq sahəsi, 2901 fərdi yaşayış və bağ evi, 1254 mənzil, 111 qeyri-yaşayış binası, 340 qeyri-yaşayış sahəsi, 24 əmlak kompleksi kimi müəssisə, 1 çoxmərtəbəli yaşayış binası olmaqla, ümumilikdə, 8169 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 2,2 faiz artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, daşınmaz əmlakla bağlı əməliyatların aparılmasına dair müraciətlərin sayı ötən ilki müvafiq göstəricidən 22,8 faiz, qeydiyyata alınmış torpaq sahələrinin sayı 22,5 faiz, qeyri-yaşayış sahələrinin sayı 32,2 faiz çox olub.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdən daxil olan dövlət rüsumu 13,6 faiz artaraq 884,5 min manat, xidməthaqqı isə 32 faiz artaraq 1,7 milyon manat təşkil edib.