Naxçıvanda bu halda direktor üçün müsahibə mərhələsi təşkil olunacaq

Naxçıvanda bu halda direktor üçün müsahibə mərhələsi təşkil olunacaq

10 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 15-16 oktyabr 2024-cü il tarixlərində Naxçıvanda ilk dəfə olaraq şagird sayı 150-dək olan təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün müsahibə mərhələsi təşkil olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan STEAM Təlim- Tədris Mərkəzində keçiriləcək müsahibə mərhələsində video-çəkiliş təmin edilməklə namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək.

Qeyd edək ki, vakant vəzifələr üzrə 21-28 avqust tarixlərində aparılan sənəd qəbulunda 13 direktor vəzifəsi üçün 50-yə yaxın namizəd sənəd verib.