Naxçıvanda ailə, qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılır -

Naxçıvanda ailə, qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılır - FOTO

15 Avqust 2024

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikada ailə, qadın və uşaq hüquqlarının qorunması istiqamətində tədbirlərin icrası 2024-cü ilin ilk 7 ayı ərzində diqqətdə saxlanılıb, bu məqsədlə tədbir, iclas, təlim, seminar, görüş, müsabiqə, ictimai müzakirə, monitorinqlər keçirilib, beynəlxalq günlər qeyd edilib və müsabiqə elanı verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, həmçinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və COP-29 “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər keçirilib, əhali arasında ailə, qadın və uşaq məsələləri ilə bağlı geniş təbliğat işi aparılıb. Ailə, qadın, uşaq və gender məslələri, eləcə də vətəndaş müraciətləri ilə bağlı görülmüş işlər, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və COP-29 “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar keçirilmiş tədbirlərlə bağlı statistik məlumatları ayrı-ayrılıqda təqdim edirik.

Əvvəlcə ailə məsələləri ilə bağlı görülən işləri diqqətinizə çatdırırıq. Belə ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində ailə məsələləri ilə bağlı maarifləndirmə və dəstək məqsədilə bir sıra tədbirlər keçirilib. Bu tədbirlər ailələrin rifahını artırmaq, qadın və uşaqların hüquqlarını qorumaq və cəmiyyətin hər bir üzvünü bu mövzuda məlumatlandırmaq məqsədini daşıyır.

Hesabat dövrü ərzində 11 münaqişəli ailələrlə, 3 şəhid ailəsi ilə görüşlər keçirilib, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda XI muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqəsi keçirilib.