Naxçıvanda 3300 uşaq məktəbəhazırlıq qruplarına başladı
Oktyabrın 1-dən ölkədə o cümlədən Naxçıvanda 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 11 iyul tarixindən bu günə qədər Naxçıvanda ümumilikdə 137 ümumtəhsil məktəbinə 3300-ə yaxın uşaq elektron sistem vasitəsi ilə məktəbəhazırlıq qrupların qəbul edilib.
Qeyd edək ki, məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və I sinfə hazırlığını təmin edir.
Məktəbəhazırlıq qruplarında təhsil alacaq bütün uşaqlara uğurlar arzulayırıq!