Naxçıvanda 19 yaşlı gənc bıçaqlanıb
Naxçıvanda 19 yaşlı gənc bıçaqlanıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, 2005-ci il təvəllüdlü Abbaslı İsmayıl Yəhya oğlu bıçaq xəsarəti alıb.
Yaralı Naxçıvan Sağlamlıq Mərkəzinə aparılaraq əməliyyat olunub.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
İ.Abbaslıya Şərur rayon Cəlilkənd sakini, 2005-ci il təvəllüdlü Kərimov Tural Vəli oğlu xəsarət yetirməkdə şübhəli bilinir.
Fakt araşdırılır.
Mənsurə Hümbətova