Naxçıvan şəhərində magistral su xətdində qəza vəziyyəti yaranıb -

Naxçıvan şəhərində magistral su xətdində qəza vəziyyəti yaranıb - FOTO

23 May 2024

Bu gün səhər saat 07: 30 radələrində Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsini su ilə təmin edən magistral xətdə qəza vəziyyəti yaranıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəzaya səbəb kimi qaynaq birləşməsinin sıradan çıxması göstərilir. Borunun partlaması nəticəsində şəhəri Ə.Qəmküsar küçəsində suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Hazırda Naxçıvan Su-kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.