Naxçıvan şəhərində genişmiqyaslı ağac əkiminə başlanılıb - FOTO
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərinin mərkəzi küçələrində və digər ərazilərində 1000 ədəd “Xan çinarı” ağacının və 300 ədəd Akasiya ağacının əkilməsinə başlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, artıq Naxçıvan şəhərində yerləşən Zəfər Parkında, Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Kompleksində, Heydər Əliyev prospektində, Cəlil Məmmədquluzadə, İstiqlal və Nizami Gəncəvi küçələrində və şəhərin digər ərazilərində 600-dən artıq ağacların əkilməsi həyata keçirilib.
Ağacların əkilməsi Naxçıvan şəhərinin əsas küçələrindən olan Əziz Əliyev küçəsində də davam etdirilib.
Qeyd edək ki, Naxçıvan şəhərinin mərkəzi küçələrində və digər ərazilərində 1300 ədəd ağacın əkilməsi nəzərdə tutulur.