Naxçıvan şəhər İcra Hakimiyyətində vətənpərvərlik mövzusunda tədbir keçirilib -

Naxçıvan şəhər İcra Hakimiyyətində vətənpərvərlik mövzusunda tədbir keçirilib - FOTO

17 İyul 2024

Naxçıvan şəhər İcra Hakimiyyətində "Hərbi vətənpərvərlik: vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz" mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi ilə birlikdə Naxçıvan şəhər İcra Hakimiyyətində

inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyələrin iştirakı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi zamanı müddətli həqiqi xidmət və səfərbərlik üzrə çağrışla bağlı “Hərbi vətənpərvərlik: Vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov da iştirak edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin əməkdaşı Vüsal Əliyev mövzu ilə bağlı çıxış ediblər.