
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, ötən gün Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru Həsənova Esmira Həsən qızı tutduğu vəzifədən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, təhsil nazirinin müavini Ovni Muradov əmr imzalayıb.
Qeyd edək ki, Esmira Həsənova həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.