Naxçıvan rəsmisi turizmin inkişafı ilə bağlı sahibkarlara çağırış edib

Naxçıvan rəsmisi turizmin inkişafı ilə bağlı sahibkarlara çağırış edib

06 Dekabr 2024

Naxçıvan Muxtar Respublikasında ekoloji, dini, müalicəvi və dağçılıq turizminin inkişafı üçün böyük potensial mövcuddur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

"Burada tarixi abidələrin zənginliyi, Duzdağ Fizioterapiya Mərkəzi, müalicəvi sular və münbit təbii iqlim bu sahəyə investisiyaları cəlbedici edir. Sahibkarları bu imkanlardan istifadə edərək regionun inkişafına töhfə verməyə çağırıram", - deyə o qeyd edib.