Naxçıvan Muxtar Respublikası üzrə müavinət və təqaüdlər
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 17450 nəfər sosial müavinət, 16634 nəfər Prezidentin aylıq təqaüdü ilə təmin edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 27.379,690 manat, Prezident təqaüdləri üzrə 18.720,785 manat ödənilib.