Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Kollegiya İclası keçirilib - FOTO
Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2024-cü ilin ilk Kollegiya İclası keçirilib. İclasda Təhsil Nazirliyinin əməkdaşları, rayon, şəhər təhsil şöbələrinin müdirləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin, həmçinin ümumtəhsil məktəblərinin direktorları iştirak edib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, iclasda Təhsil Nazirliyi Kollegiyasının 2024-cü ilə dair İş Planı təsdiq olunub, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi məktəbəqədər təhsil müəssisələrində sanitar-gigiyena və nizam-intizam qaydalarına əməl olunması, təlim proqramının məzmunu, kargüzarlıq və təlim-tərbiyə işinin təşkili ilə bağlı aparılmış monitorinqin nəticələri və cari məsələrərin müzakirəsi aparılıb.
Kollegiya İclasında Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov müəssisə rəhbərlərinə təhsil müəssisələrində tədrisin səviyyəsinin yüksəldilməsi, nizam-intizam qaydalarına nəzarətin artırılması, şagirdlərin buraxılış imtahanlarına hazırlığının diqqətdə saxlanılması, olimpiada və müsabiqələrə məktəblilərin cəlbi, bağçalara uşaq qəbulu zamanı şəfaflığın və bərabərliyin təmin edilməsi və digər məslələrlə bağlı konkret tapşırıqlar verib.
Mənsurə Hümbətova