Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları şəhid ailələrini ziyarət edib - FOTO
Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü ilə bağlı sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatı və tabe rayon (şəhər) prokurorluqlarının əməkdaşları 1-ci və 2-ci Qarabağ müharibələrində iştirak etmiş ümumilikdə 30 şəhid ailəsini ziyarət ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyarət zamanı Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini Amil Rəhimov və rayon (şəhər) prokurorları şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıb, şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad böyütdükləri üçün şəhid valideynlərinə minnətdarlıqlarını bildiriblər.