Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində “Analar məktəbi” istifadəyə verilib -

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində “Analar məktəbi” istifadəyə verilib - FOTO

04 Aprel 2024

Qeyd olunub ki, Analar məktəbi ilk olaraq Naxçıvan şəhərində fəaliyyətə başlayır, yaxın dövrdə Şərur Regional Tibb Mərkəzində və Culfa Regional Tibb Mərkəzində də həyata keçirilməsi nəzərdə tutulub. Bu işlərin həyata keçirilməsində BMT-nin Uşaq Fondunun dəstəyi də var. Onlarla birgə Perinatal Mərkəzin “Körpə Dostu Klinikası” statusunu alması üçün təlimlərə başlamışıq. Düşünürük ki, Mərkəz “Körpə və Ana Dostu Xəstəxanası" olmaqla BMT-nin siyahısına düşəcəkdir.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Günay Malikqızı "Analar Məktəbi” layihəsinin həyata keçirilməsinin mühüm əhəmiyyət daşıdığını önə çəkib.

Perinatal Mərkəzin baş həkimi Nəzakət Gülməmmədova bildirib ki, hamilə qadınlar arasında keysəriyyə əməliyyatına normal doğuşa nisbətən üstünlük verənlər çoxluq təşkil edir.

"Analar Məktəbi" layihəsinin həyata keçirilməsinin əsas səbəbi hamilə qadınları normal doğuşun üstünlükləri, yenidoğulmulara qulluq qaydalarını izah etməkdən ibarətdir.

Mərkəzin neanotoloqu Könül Rzayeva bildirib ki, bura müraciət edən hamilə qadınların həkim nəzarəti altında müvafiq idman hərəkətlərini yerinə yetirməsi üçün hər cür şərait yaradılıb.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova yeni açılan bölmənin ana və uşaq sağlamlığına mühüm töhfə verəcəyinə əminliyini bildirib.