Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktika panel müzakirə keçirilib - FOTO
İnstitutun Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbir başlamazdan əvvəl Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrinin mövzuya həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.
Elmi-praktiki tədbirin açılışında institutun rektoru Azad Novruzov giriş sözü ilə çıxış edib. Rektor bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə bir çox aspektlərdə: siyasət, iqtisadiyyat, turizm, investisiya və regional liderlik də daxil olmaqla bir çox sahələrə töhfə verəcəyi gözlənilir. Ölkə prezidenti İlham Əliyevin Azərbaycanda bərpa olunan enerji və yaşıl transformasiya sahəsində effektiv siyasət yürütməsi, möhtəşəm beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi, Azərbaycanın yaşıl transformasiya istiqamətində əldə etdiyi nəticələr liderliyə gedən yolda atılmıs ən əhəmiyyətli addım olacaq və Azərbaycanın bir çox ölkələr və beynəlxalq təşkilatlarla siyasi əlaqələrinə daha da yüksək səviyyədə müsbət təsir göstərəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ardınca Təbiət və incəsənət fakültəsinin tələbələrinin müzakirəyə həsr olunmuş videoçarxına baxış olmuşdur.
Panel müzakirələrində Naxçıvan Müəllimlər İnstitunun Ümumi fənlər kafedrasının müəllimi Gülnarə Səfərova “İqlim dəyişiklikləri: mahiyyəti, səbəbləri və fəsadları” movzusunda, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Saleh Həsənov “İqlim dəyişiklikləri ilə mübarizə və yaşıl enerjiyə keçid: Naxçıvan modeli” movzusunda, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Xidmətinin həkim-laborantı Leyla Vəliyeva “İqlim dəyişikliyinin insan orqanizminə təsirləri” movzusunda, Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Elmi araşdırmalar sektorunun müdiri Aynurə Qulamova “İqlim dəyişikliyinin qida təhlükəsizliyi baxımından dəyərləndirilməsi” mövzusunda, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının şöbə müdiri Eyvaz Əsgərov “COP29 və Həmkarlar İttifaqlarının bu istiqamətdə fəaliyyətləri” mövzusunda və Naxçıvan Müəllimlər İnstitunun Pedaqogika və psixologiya kafedrasının müəllimi Sahilə Nəcəfova “İqlim dəyişikliklərinin insan psixologiyasına təsirləri” mövzusunda çıxışlar etmişlər.
Panel müzakirələrinin gedişində Təbiət və incəsənət fakültəsinin tələbələri, habelə institutun magistrantları müzakirələrdə aktiv iştirak edərək məsələlərə münasibətlərini bildirmiş və müxtəlif mövzularda suallar verilib.
Sonda isə institutun rektoru Azad Novruzov məruzəçilərə təşəkkürnamə təqdim edib.