Naxçıvan məscidlərində bayram namazı qılınıb -

Naxçıvan məscidlərində bayram namazı qılınıb - FOTO

10 Aprel 2024

Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikasında bayram namazı qılınıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, dini ayinlər Naxçıvan şəhərindəki Heydər, Sarvanlar, Came və Kazım Qarabəkir Paşa məscidlərində icra olunub.

Eləcə də bayram namazı muxtar respublikanın digər rayonlarındakı məscidlərdə də qılınıb.

Bayram namazından sonra dualar oxunub.

Mənsurə Hümbətova