Naxçıvan iqtisadiyyatı 1 %-dən çox böyüyüb

Naxçıvan iqtisadiyyatı 1 %-dən çox böyüyüb

18 Aprel 2025

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 344 milyon 310 min 200 manat olub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə  Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə 1,2 % çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,6 % artaraq 730,7 manat olub.