Naxçıvan idmançısı ölkə birincisi oldu

Naxçıvan idmançısı ölkə birincisi oldu

15 İyun 2024

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyası tərəfindən  2009-2010-cu il təvəllüdlü idmançılar arasında ölkə yay birinciliyi keçirilir. 
 
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dünən start verilən yarışda muxtar respublika idmançıları da çıxış edir. Təmsilçilərimizdən ilk uğura Namiq Babayev müvəffəq olub. Belə ki, ordubadlı atletimiz 1500 metr məsafəyə qaçış yarışında 4 dəqiqə 34.63 saniyəlik göstərici ilə 1-ci olub. Bu nəticə sayəsində Namiq ölkə birinciliklərində qazandığı qızıl medal sayını 5-ə çatdırıb.
 
Qeyd edək ki, ölkə yay birinciliyi bu gün yekunlaşacaq.