Naxçıvan FHN-də təlim keçiriləcək

Naxçıvan FHN-də təlim keçiriləcək

12 Fevral 2024

13-14 fevral 2024-cü il, saat 10:00 radələrində Şahbuz rayonu Zəngəzur Milli Parkının ərazisində “Qar uçqunlarının nəticələrinin aradan qaldırılması zamanı axtarış-xilasetmə işlərinin aparılması, hərəkət marşrutlarında uçmuş, dağılmış yollardan keçidlərin açılması, idarəetmənin və qarşılıqlı əlaqənin təşkili” mövzusunda təlim keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, təlimə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı texnikaların və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

Mənsurə Hümbətova